Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin mart ayında valyuta hərraclarında $526,1 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF cari ilin fevral ayında valyuta hərraclarında $371,2 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, mart ayında xarici valyuta satışının həcmi fevral ayı ilə müqayisədə 41,8% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-mart aylarında ARDNF valyuta hərraclarında $61 milyard 624,4 milyon (2021-ci ilin birinci rübü ilə müqayisədə artım 9,8% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində xarici valyuta (2020-ci illə müqayisədə azalma 8,6%- İF) satıb. 2021-ci ildə ARDNF tərəfindən hərraclarda xarici valyuta satışının orta aylıq göstəricisi $556,6 milyon təşkil edib.**
A.Əzizov