2021-ci ilin yekunları üzrə “Xalq Həyat Sığorta” ASC-nin xalis mənfəəti 1 milyon 391 min 672,9 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
2020-ci ilin yekunları üzrə “Xalq Həyat Sığorta”nın xalis mənfəəti 200,818 min manat təşkil edib. Beləliklə, 2021-ci ildə şirkət xalis mənfəəti 6,9 dəfə artırıb.
Şirkətin audit rəyi ilə təsdiq olunan maliyyə hesabatına əsasən, 2021-ci il ərzində gəlirlər 5 milyon 235,057 min manat təşkil edib. Həmçinin, sığorta haqları 6 milyon 112,864 min manat, investisiya gəlirləri – 1 milyon 446,992 min manat təşkil edib. Həmçinin, 2021-ci ildə şirkətin mənfi xalis ehtiyatlar göstəricisi 2 milyon 401,336 min manat təşkil edib, bu da gəlirlərin azalmasına səbəb olub. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il ərzində şirkətin xərcləri 3 milyon 686,086 min manat təşkil edib. Həmçinin, sığorta ödənişləri 136,141 min manat, qaytarılmış sığorta haqları – 613,685 min manat, sığorta işinin aparılmasına xərclər – 2 milyon 523,703 min manat təşkil edib. Qalanı digər maddələrin payına düşüb.
2021-ci ilin yekunları üzrə şirkətin vergiğncəsi mənfəəti 1 milyon 548,971 min manat təşkil edib. Şirkətin mənfəət vergisi üzrə ödənişləri 157,299 min manat təşkil edib.
Ötən il şirkətin aktivləri 38,6% - 23 milyon 791,313 min manatadək, öhdəlikləri 2,7 dəfə - 8 milyon 338,207 min manatadək, kapitalı 9,9% - 15 milyon 453,105 min manatadək artıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 12,8% - 9 milyon 225 min manatdək artıb.
23 noyabr 2018-ci il tarixində Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir. **
X.Nəsirzadə