Azərbaycanda koronavirus infeksiyasına 47 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 791,979 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 56 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 1 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9694 nəfərə çatıb.
Virusa yoluxmuş 781,938 min nəfər (sutka ərzində +49) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 347 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4339 (ötən gün 4489 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 701,673 min test aparılıb.**
B.Rüstəmbəyov