Cümə günü Özbəkistan prezidenti Şavkat Mirziyoyevbu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib. Bu barədə Özbəkistan liderinin saytı məlumat verir.
“Görüş zamanı vurğulanıb ki, (...) son illər ərzində ikitərəfli əməkdaşlığın inkişafında gözəçarpan nəticələr əldə edilib. (...) Pademiyaya baxmayaraq, son illər ərzində ticarət dövriyyəsi 4 dəfə artıb. İlin əvvəlindən ticarət 25% artıb. 200-dən çox birgə müəssisə yaradılıb”, - məlumatda qeyd olunur.
Tərəflər bildiriblər ki, Özbəkistan və Azərbaycan parlamentləri arasında sıx və çoxplanlı tərəfdaşlığın qurulması da bu müsbət dinamikaya imkan yaradıb.
Mirziyoyev və Qafarova vurğulayıblar ki, gələcəkdə qarşılıqlı fəaliyyətin inkişafı məqsədilə iki ölkənin qanunverici orqanlarının sistemli və müntəzəm əməkdaşlığını möhkəmləndirmək lazımdır.
Eyni zamanda, Özbəkistan və Azərbaycan xalqlarının birbaşa nümayəndələri olan parlamentlər “xalq diplomatiysının” inkişafı, həmçinin Özbəkistan və Azərbaycanın regionları arasında əlaqələrin möhkəmlənməsi vasitəsilə, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar. **
X.Nəsirzadə