Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi əməliyyatların dayandırılmasının zəruriliyi və Ukrayna böhranının siyasi-diplomatik yolla həlli barədə bəyan edib.
Şənbə günü Bayramov italiyalı həmkarı Luici Di Maio ilə danışıqların yekunlarına dair Bakıda keçirilən brifinqdə bildirib ki, XİN başçıları regional təhlükəsizlik məsələləri, həmçinin Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
“Xüsusilə, Ukraynada vəziyyəti müzakirə etdik, bildirdik ki, hərbi əməliyyatlar dayandırılmalıdır və məsələni siyasi-diplomatik yolla həll etmək lazımdır”, - Bayramov deyib.
Onun sözlərinə görə, həmçinin Di Maio ilə danışıqlar zamanı Ukraynaya humanitar yardımın göstərilməsi məsələsi müzakirə olunub. **
X.Nəsirzadə