İtaliya prezidenti Sercio Mattarella azərbaycanlı həmkarı İlham Əliyevi İtaliyaya səfərə dəvət edib.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziriLuici Di Maioşənbə günü Əliyev ilə görüş zamanı İtaliya prezidentinin dəvətini çatdırıb. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, Azərbaycan prezidenti dəvətə görə minnətdarlığını bildirdi.
Görüş zamanı Di Maio diqqəti İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə yönəldib. O, TAP qaz kəmərinin əhəmiyyətini qeyd edib. Nazirin sözlərinə görə, “TAP məhz bu dövrdə - sülh dövründə iqtisadi əlaqələrin yaradılmasının əhəmiyyətini nümayiş etdirir”.
Di Maio qeyd edib ki, bu, Azərbaycana ilk səfəridir. **
R.Kərimov