Şənbə günü Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
“İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio, eləcə də həmkarlarım Emin Əmrullayev (Azərbaycanın təhsil naziri - İF) və Pərviz Şahbazov (Azərbaycanın energetika naziri - İF) ilə birlikdə iştirak etməkdən məmnunuq», - Bayramov Twitter hesabında yazıb. **
R.Kərimov