RF prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşınyanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib.
“Moskva və İrəvan KTMT, Aİİ, MDB və digər beynəlxalq strukturlar çərçivəsində səylərini koordinasiya edir. 2020-ci və 2021-ci illlərdə əldə edilən üçtərəfli razılaşmalrın ardıcıl yerinə yetirilməsi Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə şərait yaradır”, - bazar günü Kremlin saytında dərc olunan teleqramda deyilir. **