Azərbaycanda koronavirus infeksiyasına 42 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 61-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 40 yoluxma faktı qeydə alınmışdı.
Gün ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 3 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9697 nəfərə çatıb.
Virusa yoluxmuş 782 min 23 nəfər (sutka ərzində +49) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 341 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 48 (ötən gün 4297 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 714,357 min test aparılıb.**
R.Kərimov