2021-ci ilin yekunları üzrə “Bakı Sığorta” şirkətinin zərəri 1 milyon 711 min 560,43 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2020-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 155 min 210,92 manat təşkil edib.
“Bakı Sığorta”nın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2021-ci il ərzində şirkətin gəlirləri 3 milyon 889 min 809,53 manat, o cümlədən sığorta haqları 4 milyon 741 min 64,6 manat (artım 2,3 dəfə), investisiya gəlirləri 734,854 min manat təşkil edib. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə edilib. Şirkətin xalis sığorta ehtiyatlarının mənfi göstəricisi 1 milyon 980,7 min manat təşkil edib ki, bu da xərclərin azalmasına səbəb olub. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il ərzində şirkətin xərcləri 5 milyon 601,37 min manat, o cümlədən sığorta ödənişləri 1 milyon 293,357 min manat (artım 3,5 dəfə), təkrar sığortaya verilən risklər 265,796 min manat, sığorta işinin aparılması xərcləri 3 milyon 555,664 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2021-ci ildə şirkətin aktivləri 2,3% - 12 milyon 51 min 26,13 manatadək, öhdəlikləri 1,9 dəfə – 4 milyon 197 min 286,73 manatadək artıb, kapitalı 18,3% - 7 milyon 853 min 739,4 manatadək azalıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 35,9% - 6 milyon 735 min manata qədər artıb.
“Bakı Sığorta” şirkəti 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Şirkətin səhmdarları 6 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 8 milyon 925 min 439,65 manata bərabərdir.*
X.Nəsirzadə