Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya illik hesabat təqdim etməlidirlər.
Nazirlər Kabinetinə Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılır.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etmək, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görmək, Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq tövsiyə edilir.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə