Bakı Nəqliyyat Agentliyi Bakı şəhəri Suraxanı rayonunda nəzərdə tutulan avtobus dayanacaq parkının ikinci mərhələsinin tikintisi işlərinin satınalınması üçün podratçı seçir.
Seçim təkliflər sorğusu üsulu ilə aparılır.
İştirak haqqı – 1,5 min manatdır.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər18 aprel 2022-ci il saat 15:00-dək qəbul olunur
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev 2022-ci ilin fevral ayında “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. **
B.Rüstəmbəyov