Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda ilk dəfə Qarabağ atlarının auksiona çıxarılacağının anonsunu verib.
Məlumata əsasən, auksion aprelin 15-də “Aqroservis” ASC-nin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində keçiriləcək.
“Hərraca yüksək potensiala malik xüsusi seçilmiş atlar çıxarılacaq və satış auksion formatına uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı, kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq”, - məlumatda deyilir.
KTN-dən bidirilir ki, auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər.**
X.Nəsirzadə