“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Milana (İtaliya) xüsusi reyslərin yerinə yetirilməsinə başlayacağını elan edib.
“Bakı-Milan-Bakı marşrutu üzrə və əks istiqamətdə xüsusi reyslər mayın 21-dən etibarən çərşənbə və şənbə günləri həyata keçiriləcək”, - AZAL-ın məlumatında deyilir.
Azərbaycan və İtaliya arasında müntəzəm hava əlaqəsi pandemiya səbəbindən dayandırılmışdır.
Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. **
B.Rüstəmbəyov