Azərbaycan prezidenti İlham Əliyev bu gün Macarıstanın baş naziri Viktor Orbanı bu ölkədə keçirilmiş parlament seçkilərində başçılıq etdiyi koalisiyanın yenidən qələbə qazanması münasibətilə təbrik edib.
Azərbaycan prezidentinin saytında dərc olunan təbrik məktubunda qeyd olunur ki, “Bakı Budapeşt ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir” və iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da genişlənəcəyinə ümid ifadə olunur.
O cümlədən, Əliyev Aleksandar Vuçiçi Serbiya Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib.
“Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - Azərbaycan liderinin təbrik məktubunda deyilir. **
E.Şəfiyev