Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilir.
“Tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”, - XİN-in məlumatında deyilir.
Bayramov və Çavuşoğlu, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
E.Şəfiyev