AZAL aviaşirkəti ay uçuş cədvəli çərçivəsində Bakıdan Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracaq.
“Çərşənbə axşamı AZAL prezidenti Cahangir Əsgərovun və İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib. Tərəflər ölkələr arasında, o cümlədən mülki aviasiya və turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər”, - aviaşirkətin məlumatında deyilir.
AZAL-ın məlumatına görə, Əsgərov və Razvozov yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.
“Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib. Həmçinin, mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib”, - məlumatda qeyd olunur.
AZAL prezidenti həmçinin məlumat verib ki, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.
Razvozov bildirib ki, reyslərin sayının artması Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da möhkəmlənməsinə, həmçinin turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələr arasında aviadaşımaların əvvəlki həcminin bərpasında hər iki tərəf maraqlıdır. **
N.Abbasova