Azərbaycanın Dövlət Vergi Xidməti ilə İsrailin “Rayzone Group” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki,“Rayzone Group” kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir.
Həmçinin, Cabbarov bildirib ki, “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. **
B.Rüstəmbəyov