Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8524 manat/1EUR səviyyəsində (aprelin 5-nə 1,8639 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0203 manat/1RUB səviyyəsində (aprelin 5-nə 0,0204 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov