Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək “Efes-2022” beynəlxalq təliminə hazırlığı davam etdirir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
““Efes-2022” çoxmillətli təliminə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər”, - deyə məlumatda bildirilir.
“Efes-2022” çoxmillətli təlimi 2022-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək.*
E.Şəfiyev