Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarıb və bu marşrut üzrə daşıyıcı şirkət seçir.
İddiaçılar müsabiqə təklifləri toplusunu 2 may saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketləri mayın 12-də açılacaq.*
B.Rüstəmbəyov