2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $727,2 milyon təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın ümumi həcmi $8 milyard təşkil edib.
2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı 28,5% artaraq $124,9 milyon təşkil edib.
Kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı isə 29,3% artıb.
Martda qeyri-neft sektoru üzrə ixracda artım 55,9% təşkil etməklə $265,5 milyon olub.
2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac $48,8 milyon, qeyri-yeyinti məhsulları üzrə isə $216,7 milyon təşkil edib.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyard təşkil edəcək.*
B.Rüstəmbəyov