SOCAR 2022-ci ilin yanvar-fevral aylarında $129,2 milyon dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 108% ($62,1 milyon) çoxdur.
R.Nəcəf, həmçinin qeyd edib ki, ölkə üzrə qeyri-neft ixracının 28%-i, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4%-i SOCAR-ın payına düşüb.*
N.Abbasova