Ağsu aşırımından keçən avtomobil yolunun yenidən qurulmasına 2023-cü ildə başlanılması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ağsu aşırımı uzunluğu 30 km olan Muğanlı-Ağsu avtomobil yolunun bir hissəsidir. Ağsu aşırımından keçən yolun təmiri üzrə layihə-smeta sənədləri hələ 2013-cü ildə M-4 avtomobil yolunun yenidən qurulması çərçivəsində hazırlanıb.
“Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) təklifi ilə Ağsu aşırımından keçən avtomobil yolunun yenidən qurulmasına 2023-cü ildə başlanılması planlaşdırılır. Bu təklifin 2026-cı ilədək olan dövrü əhatə edən Dövlət İnvestisiya Proqramına daxil edilməsi nəzərdə tutulur”, - deyə hökumətdə vurğulayıblar.*
B.Rüstəmbəyov