Azərbaycanda koronavirus infeksiyasına son sutkada 38 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,141 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9701 nəfərə çatıb.
Virusa yoluxmuş 782,143 min nəfər (sutka ərzində +59) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 297 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5230 (ötən gün 4867 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 726,560 min test aparılıb.*
X.Nəsirzadə