Azərbaycan və Avropa İttifaqı (Aİ) mayın ikinci yarısında biznes forum təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasından (AFchamber) məlumat verilib.
“Bu il Azərbaycan-Aİ biznes forumu mayın 17-də Bakıda keçiriləcək”, - deyə məlumatda bildirilir.
2020-2021-ci illərdə Azərbaycan-Aİ biznes forumu koronavirus pandemiyası səbəbindən keçirilməyib.*
E.Şəfiyev