Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü başlayıb. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Şarl Mişelin dəvəti ilə aprelin 6-da Brüsselə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilib.*
R.Kərimov