Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla aprelin 6-da Brüsseldə keçirdiyi görüşü məhsuldar adlandırıb.
“Görüş konkret və nəzərəçarpacaq nəticələrlə məhsuldar olub”, - deyə o, Twitter hesabında yazıb.
Avropa İttifaqı Şurasının prezidenti gələcəkdə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməklə bağlı razılaşmanı qeyd edib.
Prezident İ.Əliyev Ş.Mişelin dəvəti ilə aprelin 6-da Brüsselə işgüzar səfərə gəlib. Səfər çərçivəsində İ.Əliyevin Ş.Mişellə təkbətək görüşü, daha sonra Ş.Mişel və N.Paşinyanla işçi nahar formasında görüşü olub.*
R.Kərimov