Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 7-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8555 manat/1EUR səviyyəsində (aprelin 6-na 1,8524 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 7-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0208 manat/1RUB səviyyəsində (aprelin 6-na 0,0203 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə