Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi (ƏTPM) 44 günlük Vətən müharibəsi dövründə Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinə “Real-İnşaat” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyiwww.etender.gov.azsaytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, şirkətlə 3 milyon manat məbləğində müqavilə bağlanıb.
Bundan başqa, ƏTPM “Parlaq-N” MMC ilə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri haqqında müqavilə bağlayıb.
Müqavilənin məbləği 4 milyon manatdır.*
E.Şəfiyev