2021/2022-ci illər üçün fermerlərə 151,7 milyon manat məbləğində payızlıq əkin subsidiyası ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.
Subsidiyalar 235 min nəfər fermerə verilib.
Aprelin 7-də AKİA tərəfindən payızlıq əkinlərə görə 6424 fermerə ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənişi həyata keçirilib.
Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər.
Hər hektara görə subsidiyanın məbləği 210 manatdır. Ödənilən subsidiyalar 300 min hektara yaxın əkin sahəsini əhatə edib.*
B.Rüstəmbəyov