Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Efes-2022” çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçuların təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Efes-2022” çoxmillətli təlimi cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək.*
E.Şəfiyev