Sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bugünədək rezidentlər 426 milyon manat vəsaitə qənaət ediblər. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.
Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.*
B.Rüstəmbəyov