Azərbaycanda koronavirus infeksiyasına son sutkada 22 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792,188 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 25 yoluxma faktı qeydə alınmışdı.
Son sutkada COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 2 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9703 nəfər təşkil edir.
Virusa yoluxmuş 782,252 min nəfər (sutka ərzində +48) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 233 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3867 (ötən gün 4755 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 735,182 min test aparılıb.*
X.Nəsirzadə