Aprelin 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələlərini və bu xüsusda Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və onun ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.*
E.Şəfiyev