2022-ci il mayın 11-də “VTB Bank (Azerbaijan)” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Tədbir 11 may saat 12:00-da bankın Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində keçiriləcək. Səhmdarlar yığıncağın gündəliyi ilə baş ofisdə tanış ola bilərlər”, - deyə məlumatda bildirilir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
X.Nəsirzadə