2022-ci ilin mart ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 307,2 milyon kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 57,1 milyon kVt·st, yaxud 2,4% azalması deməkdir. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Mart ayında elektrik enerjisinin ixracı 19 milyon kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 154,1 milyon kVt·st, idxalı isə 10 milyon kVt·st olmaqla 1,1 milyon kVt·st azalıb.
Ümumilikdə 2022-ci ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 269,2 milyon kVt·st, yəni 3,9 % artaraq 7194,2 milyon kVt·st olub.
Hesabat dövründə ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 245,7 milyon kVt·st artaraq 6 milyard 849,7 milyon kVt·st, SES-lərdə 17,2 milyon kVt·st artaraq 253,3 milyon kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 6,3 milyon kVt·st artaraq 91,2 milyon kVt·st olub. Külək elektrik stansiyalarında 23,3 milyon kVt·st, günəş elektrik stansiyalarında 12,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 532,7 milyon kVt·st (İES-lərdə 6293,1 milyon kVt·st, SES-lərdə 239,6 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,56 milyon kVt·st (İES-lərdə 58,2 milyon kVt·st, SES-lərdə 11,7 milyon kVt·st, GES-də 11,6 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,1 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 565,84 milyon kVt·st təşkil edib.
2022-ci ilin ilk 3 ayı üzrə elektrik enerjisinin ixracı 508,4 milyon kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon kVt·st artıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 30,7 milyon kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyon kVt·st azalıb.*
R.Kərimov