Aprelin 9-da Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə baş tutmuş danışıqların nəticələri barədə məlumat verib. Putin və Paşinyan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsi daxil olmaqla, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə edilmiş 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların ardıcıl surətdə icrasının vacibliyini təsdiq ediblər.
“Həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələsinə də toxunulub”, - deyə məlumatda qeyd olunur.*