2022-ci ildə Azərbaycanda ÜDM-in 2,7% artacaq. Bu proqnoz Dünya Bankının bazar günü dərc olunan Avropa və Mərkəzi Asiya regionu üçün yenilənmiş iqtisadi icmalında qeyd edilir.
Tədqiqatın müəllifləri hesab edirlər ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının artım tempi 2,2%-dək azalacaq, 2024-cü ildə isə 2,3%-dək sürətlənəcək.
Qiymətləndirmələrə əsasən, 2022-ci ildə mallar və xidmətlərin ixracı 2,7%, 2023-cü ildə - 1,7%, 2024-cü ildə - 1,8% artacaq. 2022-ci ildə idxal 2,6%, 2023-cü və 2024-cü illərdə - 2,7% artacaq.
İstehlak qiymətləri indeksi üzrə proqnoz – 9% (2022-ci ildə), 6,6% (2023-cü ildə), 6% (2024-cü ildə) təşkil edir.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,9% səviyyəsində, orta illik inflyasiyanı – 4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya – 6,7% təşkil edib. **
R.Kərimov