Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8505 manat/1EUR səviyyəsində (aprelin 8-nə 1,8457 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0201 manat/1RUB səviyyəsində (aprelin 8-nə 0,0214 manat/1RUB) müəyyən edib.**
X.Nəsirzadə