Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir. Öz növbəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan prezidentinin fərmanının icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Qayda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Mənzillərin satışını Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
Satış elanı satışın başlanması tarixinə azı 15 gün qalmış verilməlidir.
Mənzillərin satışından əldə olunan vəsait nazirliyin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürülür. **
E.Şəfiyev