Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında qanun layihəsini təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan”a parlamentdəki mənbə məlumat verib.
Hazırda Rüstəmov AMB-nin İdarə Heyətinin sədri vəzifəsini tutur.
“Bu sənəd (Rüstəmovun AMB-nin İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında - İF) parlamentə təqdim olunub və profil komitə tərəfindən təsdiqlənib. Sabah bu məsələ parlamentin plenar iclasında müzakirə ediləcək”, - agetliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, həmçinin parlamentə Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qanun layihəsi təqdim olunub. “Bu sənəd də profil komitə tərəfindən təsdiqlənib və sabah parlamentin iclasında müzakirə olunacaq”, - mənbə əlavə edib.
1995-ci ilin yanvar ayından etibarən Elman Rüstəmov AMB-nin İdarə Heyətinin sədridir. 2000-ci, 2005-ci, 2010-cu, 2015-ci və 2020-ci illərdə onun səlahiyyətlərinin müddəti 5 il müddətinə uzadılıb.
1 iyul 2015-ci il tarixindən Taleh Kazımov “PAŞA Bank” ASC-nin (Azərbycanda ən iri banklardan biridir) İdarə heyətinin sədri vəbaş icraçı direktorudur.
Azərbaycanın qanunvericiliyinə əsasən, Milli Məclis yalnız AMB-nin İdrə Heyətinin üzvlərini təsdiq edir. AMB-nin sədri Azərbaycan prezidenti tərəfindən təyin olunur. Hazırda AMB-nin İdarə Heyəti 4 nəfərdən ibarətdir. **
A.Əzizov