“SOCAR Energy Ukraine” şirkəti (SOCAR-ın Ukraynadakı törəməsi) Ukraynanın təcili tibbi yardım və FHDX-nın maşınlarına 100 tondan artıq pulsuz yanacaq verib.
“Azərbaycan hökumətinin tapşırığına əsasən, SOCAR-ın simasında "SOCAR Energy Ukraine” şirkətinin YDM-ləri tərəfindən humanitar prinsiplər rəhbər tutularaq, təcili tibbi yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin maşınlarına 100 tondan artıq yanacaq vurulub”, - şirkəti sosial şəbəkələrdəki hesablarında məlumat verib.
"SOCAR Energy Ukraine" qeyd edir ki, təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə yanacaq pulsuz verilir.
Xəbər verildiyi kimi, fevralın 26-da Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə söhbətin nəticəsi olaraq, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım və FHDX-nın maşınlarını pulsuz yanacaqla təmin etmək tapşırılıb. **
N.Abbasova