2022-ci ildə RF-nin Kirov vilayətinin iş adamları Azərbaycana biznes missiya təşkil etməyi planlaşdırırlar. Bu barədə vilayətin sənaye, sahibkarlıq və ticarət naziri Vladimir Sısolyatin məlumat verib.
“Kirov mallarının yeni satış bazarlarına çıxarılması məqsədilə Kirov vilayətinin İxraca Dəstək Mərkəzi tərəfindən 2022-ci ildə Azərbaycan, Belarus, Özbəkistan, Ermənistan, Çin, Tacikistan, Monqolustana biznes missiyalar planlaşdırılır”, - Sısolyatin vilayətin iqtisadiyyatının dayanıqlı inkişafının təminatı üzrə komisssiyasının iclasında bildirib. **
X.Nəsirzadə