Fransa Aİ Şurasının sədri və ATƏT-in Minsk qrupunun həmsədri olaraq Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi işinə sadiqdir.
“İnterfaks-Azərbaycan” agentliyi Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat verir ki, Fransa “humanitar məsələlərdə irəliləyişin əldə olunması, sərhədlərin delimitasiyası üzrə işlərin dəstəklənməsi, iki ölkə arasında sülh sazişinin imzalanması, Qarabağ məsələsinin həlli” məqsədilə Ermənistan və Azərbaycanla işləməyə davam edir.
XİN qeyd edir ki, bu məqsədlə 4 fevral 2022-ci ildə Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının prezidenti ilə videoformatda görüş təşkil olunub. **
R.Əhmədov