Elnur Abbasov “Muğanbank” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. Bu barədə bankın məlumatında deyilir.
"Muğanbank"ın Müşahidə Şurasının müvafiq qərarı ilə İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Elnur Abbasov bankın İdarə Heyəti sədri vəzifəsinə təyin olunub”, - məlumatda qeyd edilir.
Abbasov7 yanvar 2021-ci ildə “Muğanbank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib. 1 noyabr 2021-ci il tarixindən etibarən isə İdarə Heyəti Sədrinin vəzifələrinin müvəqqəti icrası ona həvalə olunub.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
X.Nəsirzadə