2022-ci ilin I rübünün yekunları üzrə Azərbaycanda ÜDM-in 6,8% artıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Birinci rübdə Azərbaycanda ümumi daxili məhsul 6,8% artıb. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10%-dən çox artıb”, - prezident bu gün cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Həmçinin, dövlət başçısı ölkənin xarici borcu məsələsinə toxunub.
Prezident qeyd edib ki, ötən ilin aprel ayında Azərbaycanın xarici borcu ÜDM-in 18%-ni təşkil edib, hazırda bu göstərici 12,5%-dir.
“Yəni, biz bir il ərzində xarici borcumuzu 600 milyon dollardan çox aşağı sala bilmişik”, - Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov