Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, ATƏT-in Minsk qrupunun Qarabağ üzrə mandatı de-fakto etibarsızdır.
"Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır", - Əliyev çərşənbə axşamı bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Əliyev yenidən xatırladıb ki, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yollarla həll edib.
“Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”, - dövlət başçısı vurğulayıb. **
E.Şəfiyev