Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, cari ilin yanvar-mart aylarında azad edilmiş ərazilərin Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan dövlət investisiyaları 300 milyon manatdan artıq təşkil edib (cari məzənnə ilə $176 milyon).
“İndiyədək Ağdam və Füzuli kimi şəhərlərin baş planları artıq təsdiqlənib, buna əsasən işlərə start verilib. Mən artıq işlərin gedişi ilə tanış olmuşam”, - Əliyev çərşənbə axşamı bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Həmçinin, prezident qeyd edib ki, digər azad edilmiş şəhər və qəsəbələrin baş planlarının təsdiq edilməsi yaxın zamanda öz həllini tapmalıdır. “Bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, o cümlədən, Hadrut və Suqovuşan qəsəbələrinin baş planları hazırlanaraq təsdiq edilməlidir. Bundan sonra Şərqi Zəngəzur və Qarabğın investisiya proqramına əlavələr edilməlidir. Çünki əvvəl proqramın məbləği 2,2 milyard manat və ya $1,3 milyard elan edilmişdi (2022-ci il üçün), həmçinin birinci rübdə 300 milyon manatdan bir qədər artıq sərf olunub ($176 milyondan çox)”, - prezident bildirib.
Dövlət başçısı əlavə edib ki, cari il azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə işlərə 100 milyon manata yaxın (təqribən $58 milyon) vəsaitin ayrılması planlaşdırılır. **
X.Nəsirzadə