Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8417 manat/1EUR səviyyəsində (aprelin 12-nə 1,8495 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0199 manat/1RUB səviyyəsində (aprelin 12-nə 0,0205 manat/1RUB) müəyyən edib.**
X.Nəsirzadə